Dubay şirkətinin Azərbaycandakı filialı qaydaları pozub

İQTİSADİYYAT
18:47 / 07.07.2023
359

Dubayın "Middle East Petrol Farm FZE" şirkətinin Azərbaycandakı filialı məhkəməlik olub. 

Hit.az-ın məlumatına görə, şirkətə protokol İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər 50 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər 150 manatdan 250 manatadək məbləğdə, hüquqi şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

İş Nərimanov Rayon Məhkəməsinin icraatındadır.

Aydın

0