“Ziya-E Tibb Tədris Mərkəzi” MMC inzibati iş başlanıb.
Hit.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə ittiham olunur.
İş baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilib.
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Anar