İcra Hakimiyyətinin tenderi ləğv edildi - Mənzil fondunun təmirinə pul tapılmayıb?

İQTİSADİYYAT
22:46 / 09.07.2023
830

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Daşkəsən Şəhər Nümayəndəliyinin tenderi ləğv edilib. 

Valyuta.az xəbər verir ki, tender Daşkəsən şəhərində mənzil fondunun əsaslı təmiri ilə bağlı keçirilmişdi. 

Tender “Dövlət satınalmaları haqqında” Qanunun 11.2-ci maddəsinə əsasən ləğv edilib. 

Həmin maddədə qeyd edilir:

Satınalan təşkilat dövlət mənafelərinin qorunması məqsədi ilə aşağıdakı hallarda bütün tender təkliflərinin, oferta və kotirovkaların aksept olunana qədər rədd edilməsi barədə qərar qəbul edə bilər:

- tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdikdə;
Ətraflı
- tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda;
- tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda.

Bu qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmalıdır. Satınalan təşkilat tender təklifi, oferta və ya kotirovka təqdim etmiş malgöndərənin (podratçının) sorğusu ilə ona bütün tender təkliflərini, ofertaları və ya kotirovkaları rədd etməsi barədə məlumat verir.

Tenderin ləğvində 11.2-ci maddənin 3-cü halı - tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda - əsas götürülüb. 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tenderin ləğvinə etiraz etməyib. 

0