"STP Global Cable" məhkəməyə niyə verilib?

İQTİSADİYYAT
21:27 / 10.07.2023
386

Azərbaycanın "STP Global Cable" MMC şirkəti barəsində protokol tərtib edilib. 

Hit.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu yazılıb və məhkəməyə göndərilib.

İşə Sumqayıt Şəhər Məhkəməsinin hakimi Ramiz Quliyevin sədrliyi ilə baxılacaq. 

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Aydın

0