“Hollywood Smile Dent” klinikası cərimələnə bilər.
Hit.az xəbər verir ki, klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati iş başlanıb.
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İyulun 20-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İşə hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.
“Hollywood Smile Dent” klinikasının təsisçisi Şəfayət Zülfüqarovanın adına dələduzluq cinayətində zərərçəkən qismində rast gəlinir.
Özünü Təhsil Nazirliyinin aparat rəhbəri kimi təqdim Fərdanə Səmədova Şəfayət Zülfüqarovanın aldadaraq pulunu mənimsəyib. Fərdanə Səmədova bu cinayətə görə 4 il ay müddətinə azadlıqdan məhrum edilib.
Anar