"OPEC neft sənayesi sahəsindəki əsas aparıcı ölkələri öz ətrafında birləşdirir".
Bu sözləri İqtisadi Resursların Öyrənilməsi Birliyinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev HİT.az-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanın da uzun müddətdir OPEC-lə əməkdaşlığı davam edir:
"Hətta bir sıra qərarların qəbulunda da ölkəmizlə məsləhətləşmələr həyata keçirilir. Son dövrlərdə OPEC-in Azərbaycanı öz sıralarında görmək istəyi artıb. Bu da onunla bağlıdır ki, Azərbaycanın öz enerji resurslarını dünya bazarlarına çıxarmaqla yanaşı, qonşu ölkələrin enerji ehtiyatlarını dünya bazarına çıxarmaqdakı rolu günü-gündən artmaqdadır.
Bu baxımdan da belə bir ölkəni öz sıralarında görmək istəyirlər. Son görüşlər də onu Azərbaycan da bu məsələdə loyaldır. Hesab edirəm ki, bu da Azərbaycanın OPEC-ə üzvlük ehtimallarını artırır".
Pərviz