\"Futsi 77\" istehlakçıların hüquqlarının pozub

20:45 / 11.07.2023
492

"Futsi 77" Məhdud Məsuliyyətli Cəmiyyəti ticarət qaydaları əleyhinə olan (İstehlakçıların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub. 

HİT.az-ın məlumatına görə, şirkət barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulmasına, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə, hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhər Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin icraatındadır.

Aydın

0