Hacıqabul şəhərində 170 minlik abadlıq

İQTİSADİYYAT
18:30 / 11.07.2023
449

Hacıqabul Rayon İcra Hakimiyyəti 2023-cü ildə Hacıqabul şəhərində abadlıq işləri ilə bağlı keçirdiyi tenderə yekun vurub. 

Hit.az xəbər verir ki, tenderin qalibi “Topxana Layihə İnşaat” MMC qalib seçilib. 

İcra hakimiyyəti ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 169.802 AZN təşkil edir.

“Topxana Layihə İnşaat” MMC 17 aprel 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 110 010 AZN olan şirkətin qanuni təmsilçisi Ələkbərov Fuad Vaqif oğludur. 

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsində heç bir məlumat yoxdur. 

“Topxana Layihə İnşaat” MMC ötən il külli miqdarda vergi borcu olmasına rəğmən Beyləqan Suvarma Sistemləri İdarəsinin keçirdiyi tenderin qalibi olmaqla gündəmə gəlmişdi. 

Məlumat üçün deyək ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderdə iştiraknı qadağan edir. 

Dövlət satınalmalarının elektron portalında yerləşdirilmiş məlumatlardan aydın olur ki, Hacıqabul Rayon İcra Hakimiyyəti hər il Hacıqabul şəhərində abadlıq işləri görür. Ötən bu işlərə 161.107,66 AZN, 2021-ci ildə isə 203.895,93 AZN xərclənib. Satınalma müqavilələri müvafiq olaraq “Baku Building” MMC və “İnşaatçı-S” MMC ilə bağlanıb.

Anar

0