"Xəlil Oğlu İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və "Kombat Group" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində protokol tərtib edilib.
HİT.az-ın məlumatına görə, iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinən şirkətlərə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb və iş məhkəməyə göndərilib.
Həmin şirkətlər xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.
Protokolara Binəqədi Rayon Məhkəməsində baxılacaq. İddia təsdiqini taparsa, şirkətləri ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə cəzası gözləyir.
Aydın