Qaçqınların və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə olan Müəsssilər Müdiriyyəti “Azspekt” MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Hit.az xəbər verir ki, şirkət qurumun elektrik naqillərinin və kabellərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Satınalma müqaviləsinin maliyyə dəyəri 492 080,06 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Azspektr” MMC 28 yanvar 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Məmmədov Əhəd Yadigar oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə heç bir məlumat yoxdur.
Anar