Tikinti şirkətinin yarım milyon vergi borcu üzə çıxdı

İQTİSADİYYAT
20:35 / 12.07.2023
636

“Gilan Holding”in törəmə şirkəti olan “Gilan İnşaat” MMC-nin külli miqdarda vergi borcu yaranıb. 

HİT.az xəbər verir ki, şirkətin bu günə olan vergi borcu 425 184,12 AZN-dir. 

“Gilan İnşaat” MMC 1 sentyabr 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20020 AZN olan şirkətin qanuni təmsilçisi Baxşəliyev Asif Əhkam oğludur. 

2022-ci ildə şirkətin adı dəyişdirilib. “Gilan İnşaat” MMC hazırda “1ST Construction” MMC adı altında fəaliyyət göstərir. 

Bəzi məlumatlara görə, şirkət “Gilan Holding”dən də ayrılıb. 

Bu arada qeyd edək ki, “Gilan Holding”in də adı dəyişdirilib. Holdinq hazırda “Xəzri Solutions” MMC adı altında fəaliyyət göstərir. 

Anar

0