İnflyasiya aşağı düşdü: Əsas səbəb nədir? - RƏY

İQTİSADİYYAT
15:44 / 13.07.2023
639

Azərbaycanda inflyasiya göstəriciləri aşağı düşüb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Belə ki, illik inflyasiya 11,5 faizdən 10,6 faizə qədər azalıb. Aylıq müqayisədə qiymətlərin ümumi səviyyəsi aşağı düşüb.

Maraqlıdır, inflyasiya göstəricilərinin aşağı düşməsinə təsir edən əsas səbəblər nələrdir?

329878
Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Elşən Bağırzadə bildirib ki, rəsmi rəqəmlər inflyasiyanın 1 faizə qədər azaldığını göstərir:

"Şübhəsiz ki, bunun tam dəqiq səbəblərini ciddi şəkildə araşdırmaq lazımdır. Amma mən hazırda iki faktoru qeyd edə bilərəm. Birincisi, dünya bazarında qlobal inflyasiyanın səviyyəsinin müəyyən qədər səngiməsi və bunun nəticəsində Azərbaycana idxal olunan məhsulların qiymətində müəyyən qədər sabitliyin, azalmanın olmasıdır. Yəni idxal nisbətən ucuzlaşmış ola bilər. İkincisi isə Azərbaycan hökumətinin həyata keçirdiyi nisbətən sərt pul kredit siyasətidir. Bu da müəyyən qədər daxildə tələbin qarşısının alınması və tələbin müəyyən qədər məhdudlaşdırılmasının nəticəsi ola bilər. Amma bütövlükdə baxanda çox böyük bir fərq olmadığını görürük. İnflyasiya hələ də ikirəqəmli həddədir. Ona görə də antiinflyasiya tədbirləri davam etdirilməlidir".

Pərviz

0