Tikinti şirkəti cərimələnə bilər

İQTİSADİYYAT
17:30 / 13.07.2023
646

"Xəzər Sənaye İnşaat" MMC barəsində inzibati iş başlanıb.

HİT.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə ittiham olunur. 

İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və Gültəkin Əsədovanın icraatındadır. 

347-ci maddəyə görə, vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.

Anar

0