Meriya 140 minlik ehtiyat hissəsi alır - Tenderdə qalib gələn şirkət kimindir?

İQTİSADİYYAT
19:59 / 14.07.2023
677

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin Ağac-Bəzək Bitkiləri Sovxozu qazonbiçən, alaqotu biçən maşınların və onların ehtiyat hissələrinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Hit.az xəbər verir ki, tenderin qalibi “Proqres” Xüsusi Firması seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 138.896,56 AZN-dir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Proqres” Xüsusi Firması 21 noyabr1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Əyyub Abbasov Yaqub oğludur.

Açıq mənbələrdə nə şirkət, nə də qanuni təmsilçisi barədə məlumatlara rast gəlinir. 

30 ilə yaxındır fəaliyyət göstərən şirkətlər bağlı hem bir məlumatın olmaması “Proqres”in şübhəli tender əməliyyatlarında istifadə olunması qənaətini yaradır.

Anar

0