Dünyanın ən məşhur avtomobil markalarından olan "Lexus"un satışları artıb.
HİT.az xəbər verir ki, sözügedən marka bu ilin ilk 6 ayında Avropada 34 mindən artıq avtomobil satıb.
Bu isə ötən illə müqayisədə 43% artım deməkdir. Həmçinin, hibridlər də daxil olmaqla elektrik mühərrikli avtomobillərin satış nisbəti də 6 faiz bəndi artaraq 86 faizə çatıb.
"Lexus"un RX, NX, UX, GX və LX kimi modellərdən ibarət geniş çeşidli avtomobilləri Avropadakı ümumi satışların 85 faizini təşkil edib.
Ən çox satılan isə NX və RX modelləri olub. Belə ki, NX satışları 59%, RX satışları isə 42% artım göstərib.
Pərviz