"5A Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Kamiloğlu Company" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində məhkəməyə müraciət edilib.
Hit.az-ın məlumatına görə, hər iki şirkətlə bağlı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edilib, məhkəməyə göndərilib.
Sözügedən maddəyə əsasən, şirkətlər avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Hər iki işə 27.07.2023-cü il tarixində Nərimanov Rayon Məhkəməsində baxılacaq.
Aydın