“Akkord Asfalt” məhkəmə qarşısında

İQTİSADİYYAT
22:00 / 18.07.2023
525

“Akkord” şirkətlər qurpuna daxil olan "Akkord Asfalt” MMC cərimələnə bilər. 

Hit.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) inzibati protokol tərtib edilib. 

İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Gültəkin Əsədova iş üzrə hakim təyin edilib. İyulun 31-də məhkəmə baxış iclası keçiriləcək. 

347-ci maddəyə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Anar

0