“Lombard.az” MMC barəsində idarəçilik qaydaları əleyhinə olan (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) inzibati xəta protokolu tərtib olunub.
Hit.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər 500 manatdan 1 000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 1 200 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, şirkətin qanuni təmsilçisi Abdullayev Xəyal Qalib oğludur. Onun adı mətbuatda dəfələrlə hallanıb. Sumqayıt sakini İlham İmanov lombarda qoyduğu qızıllarını 8 ildir ki, geri ala bilmədiyi üçün KİV-lərə müraciət etmişdi. O iddia edib ki, aldığı pulu vaxtında ödəyib, amma qızıllarını Sumqayıt şəhərindəki lombarddan hələ də əldə edə bilməyib.
Aydın