"OKAY FRUİTS" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində məhkəmə iddiası qaldırılıb.
Hit.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhəri Nizami rayon məhkəməsinin hakimi Nigar Qədirlinin sədrliyi ilə baxılacaq.
Aydın