Yeni Klinika vergi borcu olan şirkəti qalib etdi

İQTİSADİYYAT
19:46 / 20.07.2023
688

Yeni Klinika 33 665,4 AZN dəyərində santexnika malları alır. 

Hit.az xəbər verir ki, klinika bununla bağlı “Texnolog” MMC ilə satınalma müqaviləsi imzalayacaq.

“Texnolog” MMC 17 fevral 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 500 AZN-dir. Şirkətin qanuni təmsilçisi Həsənov Orxan Hüseyn oğludur. 

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. 

“Texnolog” MMC-nin hazırda vergi borcu var. Şirkəti borcu 7014.81 AZN-dir. 

“Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderlərdə iştirakını qadağan edir. 

Anar

0