Vergi borcu olan şirkət tenderdə necə qallib olub?

İQTİSADİYYAT
20:15 / 21.07.2023
680

Satınalma müsabiqələlərində fəal iştirak edən “Azfen TTQ” MMC-nin vergi borcu yaranıb. 

Hit.az xəbər verir ki, şirkətin bu günə olan vergi borcu 4 612.73 AZN-dir. 

“Azfen TTQ” MMC 12 sentyabr 2003-cü ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Qanuni təmsilçisi isə Əsgərov Xəlil Məhəmməd oğludur. 

Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən məlumatlardan görünür ki, şirkət vergi borcu olduğu halda tenderlərdə iştirak edib, hətta qalib gəlib. 

Nümunə olaraq “Sumqayıt Bulvarı” MMC-nin keçirdiyi tenderi göstərmək olar. Sözügedən MMC Sumqayıt bulvarının işıqlandırma sisteminin təmiri ilə bağlı keçirdiyi tenderə bu gün yekun vurulub. Tenderin qalibi isə “Atfen TTQ” MMC olub. 

“Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderlərdə iştirakını qadağan edir. 

Anar

0