Azərbaycan neftinin qiyməti yenidən 84 dolları ötdü

İQTİSADİYYAT
09:39 / 22.07.2023
411

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

HİT.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.94% və ya 0.78 dollar artaraq, 84.15 ABŞ dollarına ticarət edilib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçersləri 80,89 ABŞ dollarına satılıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

0