Yaponiyanın məşhur avtomobil istehsalçısı "Nissan" sürpriz bir addım atıb.
HİT.az xəbər verir ki, şirkət 1 milyondan çox avtomobili geri çağıracağını açıqlayıb.
Belə ki, aralarında "Kicks", "Serena" və "Leaf" kimi modellərin də olduğu 1,38 milyon avtomobilin geri çağrılacağı bildirilib.
Sözügedən qərar ABŞ, Avropa və Yaponiyadakı avtomobillərə təsir edir. Problem avtomobillərin sürət məhdudlaşdırıcısından çıxdıqdan sonra qəfil sürətlənməsi və ya sürərkən mühərriklərin dayanmasına səbəb ola biləcək qısaqapanma kimi müxtəlif məsələləri əhatə edir.
Bundan əlavə, "Nissan" sağ fara lampasında yaranan problemə görə Yaponiyadakı 6434 ədəd "Note Aura" modelini də geri çağıracağını elan edib.
Pərviz