"Bilal Fruit" istehlakçıların hüquqlarını pozub

İQTİSADİYYAT
17:47 / 24.07.2023
797

"Bilal Fruit" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 5 min manata qədər cərimələnə bilər. 

Hit.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məclləsinin 544.2-ci maddəsi (İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməmə) ilə inzibati protokol tərtib olunub.

İşə Sumqayıt şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Bilal Fruit" 4 min manatdan 5 min manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının hələlik vaxtı məlum deyil.

Aydın

0