“Qaçqınkom”un 600 minlik təmir işləri - Qurumun tenderlərini udan “Simmetriya” kimə məxsusdur?

İQTİSADİYYAT
18:26 / 24.07.2023
498

Qaçqınların və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə olan Müəssissələr Müdiriyyəti Bakı, Gəncə, Mingəçevir şəhərlərində, Göygöl, Salyan, Oğuz, Goranboy, Samux və Bərdə rayonlarında məcburi köçkünlərin məskunlaşdığı binalarda təmir işlərinin satin alınması ilə bağlı tenderə yekun vurub. 

Hit.az xəbər verir ki, müsabiqənin qalibi “Simmetriya” MMC olub. Dövlət komitəsi təmir işlərinə 616.526,98 AZN səfr edəcək. 

"Simmetriya” MMC 18 noyabr 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 6 AZN olan şirkətin hüquqi ünvanı Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşir. MMC-nin qanuni təmsilçisi Ağayev Ağa Xəqani oğludur. 

"Simmetriya” MMC 21 ildir fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə barəsində heç bir məlumata rast gəlinmir. Ağa Ağayev də populyar sahibkar deyil. Onun haqqında heç bir məlumat yoxdur. 

Buna baxmayaraq, Məcburi Köçkünlərin və Qaçqınların İşləri üzrə Dövlət Komitəsi vaxtaşırı bu şirkətlə satınalma müqaviləsi imzalayır. Təkcə 2022-ci ildə qurumla şirkət arasında imzalanan müqavilələrin maliyyə dəyəri 821 043, 38 AZN olub.

Anar

0