“Gold Finance” Bank Olmayan Kredit Təşkilatı Mərkəzi Bankı məhkəməyə verib.
Hit.az xəbər verir ki, iddiaya Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun sədrliyi ilə baxılacaq.
İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir.
“Gold Finance” 20 sentyabr 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 350 000 AZN olan kredit təşkilatın qanuni təmsilçisi Abdullayev Vüsal Maşallah oğludur.
Ötən ayın 2-də “Gold Finance”ın lisenziyası ləğv edilib.
Anar