Taksilər qiymətləri qaldırdı: Bundan sonra nə olacaq?

23:59 / 24.07.2023
417

"Taksi xidmətindən istifadə edənlərin sayı azala bilər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov Azərbaycanda bəzi taksi şirkətləri - "Uber", "Bolt" və "Yango"nun yaxın məsafələrə gediş haqqının artırılması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. 

Onun sözlərinə görə, bu rəsmi deyil, taksi şirkətlərinin özünün verdiyi qərardır: 

"Dövlətin müəyyən etdiyi qərar deyil. Bu qiymətləri şirkətlər qaldırıb, amma nəyə əsaslandırıb qaldırıblar? Səbəb nədir? Hər halda mühitə təsiri böyük olacaq, bəzi insanlar əvvəlki kimi taksi xidmətindən istifadə edə bilməyəcəklər. İnsanlar alternativ taksi xidmətləri axtaracaqlar. Alternativlər də 3 şirkətdən kənar fəaliyyət göstərənlər şirkətlər olacaq. Qiymətlərin bazara təsiri olacaq”. 

Ərşad Hüseynov hesab edir ki, bu bahalaşma geriyə dönüş yaratmayacaq:
 
"Geriyə dönüş o vaxt ola bilər ki, ictimai nəqliyyatda xidmət mükəmməl olsun. Xidmət mükəmməl olmayana qədər çətin ki, ondan istifadəyə  üstünlük versinlər. Avtobuslarda xidmət bərbad vəziyyətdədir. Qiymət artımına görə bəzi adamlar daha diqqətli olacaq. İndiyənə qədər adamlar hər yerə taksi ilə gedirdisə, indi qənaət edəcək. Bir neçə səfərini təxirə salacaq”. 

Qeyd edək ki, bu gündən Azərbaycanda bəzi taksi şirkətləri yaxın məsafələrə gediş haqqını artırıb. "Uber", "Bolt" və "Yango" şirkətlərində qısa məsafələrə səfərlər üçün minimum məbləğ 2,50 manatdan başlayır. Əvvəllər bu məbləğ 1-1,60 manat təşkil edirdi. 

General rütbəsini itirən Mövlam Şıxəliyev əmlaklarını geri qaytara biləckmi?
Bu gün general-mayor ali rütbəsi geri alınan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevin əmlaklarını müsadirədən çıxarmaq cəhdi uğursuz ola bilər. 

Qaynarinfo xəbər verir ki, Mövlam Şıxəliyev birinci instansita məhkəməsi bitəndən sonra apellyasiya şikayəti verərək barəsində bəraətverici əsaslarla hökm çıxarılmasını istəmişdi. Bundan əlavə o, əmlaklarının müsdirədən azad olunmasını tələb edirdi. Mövlam Şıxəliyevin ailə üzvləri də əmlakların müsadirədən çıxarılması üçün məhkəməyə müraciət etmişdilər. 

Mövlam Şıxəliyevin general-mayor rütbəsinin alınması onunla bağlı hökmün tam şəkildə icra olunacağı qənaənitini möhkəmləndirir. 

Bu arada zərərçəkənlər də Mövlam Şıxəliyevdən dəymiş zərərin ödənilməsini tələb edir. Mümkündür ki, bu istiqamətdə də hansısa hərəkətlənmə olsun. 

Mövlam Şıxəliyev apellyasiya mərhələsi bitdikdən sonra Ali Məhkəməyə kassasiya şikayəti verib. O zaman iddia olunurdu ki, keçmiş rəis apellyasiya mərhələsindən sonra icra işini yubatmaq üçün dərhal kassasiya şikayəti verib. 

Bugünki sərəncamdan sonra o, böyük ehtimalla Ali Məhkəmədə də məqsədinə çata bilməyəcək. 

0