Sumqayıt Tibb Mərkəzi mətbəx ləvazimatlarının alınması ilə bağlı sotirovka sorğusuna yekun vurub.
Hit.az xəbər verir ki, sorğunun qalibi “Vest Supply” MMC seçilib.
Mərkəz mətbəx ləvazimatları üçün şirkətə 10 341,52 AZN ödəyəcək.
Tenderin şərtlərindən məlum olur ki, Sumqayıt Tibb Mərkəzi xəstələr üçün 500 yemək qabı, 140 ədəd tək nəfərlik fincan, 110 ədəd qaşıq, 110 ədəd çəngəl, 110 ədəd çay qaşığı, 400 ədəd şorba kasası, ət çəkən maşın üçün 5 dəst bıçaq, 30 ədəd böyük ölçülü bıçaq, 30 ədəd isə orta ölçülü bıçaq almağı planlaşdırır.
Anar