QSC ilə qalmaqallı klinika arasında icarə mübahisəsi

İQTİSADİYYAT
20:12 / 25.07.2023
593

“Alliance Business Center” QSC ilə “Atlas Medical Center” MMC arasında icarə müqaviləsinə dair mübahisə yaranıb. 

Hit.az xəbər verir ki, iş hazırda məhkəmədədir. İddiaçı “Alliance Business Center” QSC-dir. 

QSC-nin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi İlham Əhmədovun icraatındadır. 

“Alliance Business Center” QSC 5 yanvar 1998-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 394 898 AZN olan QSC-nin qanuni təmsilçisi Tağıyev Aqil Adil oğludur. 

“Atlas Medical Center” MMC 14 aprel 2013-cü ildə qeydiyyata alınıb. MMC-nin qanuni təmsilçisi Əliyev Fərhad Ənvər oğludur. 

2014-cü ildə Səhiyyə Nazirliyi “Atlas Mecial Center” MMC-nin lisenziyasını ləğv edib. Səbəb isə “Atlas Medical Center” MMC tərəfindən qanunsuz ginekoloji və doğuşayardım xidmətlərinin göstərilməsi olub. Bu fakt Səhiyyə Nazirliyinin klinikada apardığı yoxlama zamanı üzə çıxıb.

Həmin vaxt mediada gedən məlumatlarda iddia olunurdu ki, klinika Bakıda "Bala Heydər" kimi tanınan iş adamı Heydər Əli oğlu Əliyevə məxsusdur. Klinika "Şərq" bazarının rəhbəri, "Qorqud" holdinqin prezidenti Heydər Əliyevə məxsus olub.

Anar

0