"İnvest-Az" məhkəməyə verildi?

İQTİSADİYYAT
21:23 / 25.07.2023
470

"İnvest-AZ İnvestisiya Şirkəti" Qapalı Səhimdar Cəmiyyəti məhkəməlik olub. 

Hit.az-ın məlumatına görə, QSC-ni məhkəməyə Bayramov Faiq Fərman oğlu verib.

F.Bayarov QSC ilə aralarında olan müqavilələrin ləğv edilməsini tələb edir. 

İşə Sabunçu Rayon Məhkəməsində hakim Tahirə Əsədovanın sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, “İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Aydın

0