Elm və Təhsil Nazirliyi 2 milyonluq idman invertarı alır – Qalib şirkət kimindir?

İQTİSADİYYAT
22:31 / 26.07.2023
409

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesbalı Əsaslı Tikinti və Təchizat İdarəsi idman inventarının və digər avadanlıqların satın alınması ilə bağlı tenderə yekun vurub. 

Hit.az xəbər verir ki, tenderin qalibi “ST Mark” Qapalı Səhmdar Cəmiyyəti (QSC) olub.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 999 999,95 AZN-dir.

qtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “ST Mark” QSC 17 sentyabr 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102A-da yerləşir. QSC-nin qanuni təmsilçisi İsmayılov Fərxan Məmmədhüseyn oğludur.

“ST Mark” QSC əvvəl MMC kimi fəaliyyət göstərib və hüquqi ünvanı Xətai rayonu, Xocalı, ev 55-də (AGA Center) yerləşib

Fərxan İsmayılova gəlincə, o, həm də “Fərxan” MMC-nin qanuni təmsilçisidir. 

Fərxan İsmayılov 2016-cı ildə daha bir şirkəti dövlət qeydiyyatından keçirib. Bu, “Veles” MMC-dir. Sonradan şirkət təşkilati hüquqi formasını dəyişərək, QSC-yə çevrilib. Eyni zamanda şirkətin qanuni təmsilçisi də dəyişib.

Anar

0