Milyonluq tenderlərin qalibi olan şirkət borc içində üzür - “Uğrulu İnşaat” MMC ilə bağlı müəmma

İQTİSADİYYAT
20:26 / 27.07.2023
961
İnşaat sektorunda fəaliyyət göstərən “Uğrulu İnşaat” MMC-nin külli miqdarda vergi borcu yaranıb. 
 
Hit.az xəbər verir ki, şirkətin bu günə olan vergi borcu 777 784.04 AZN-dir. 
 
“Uğurlu İnşaat” MMC 3 ildir ki, fəaliyyət göstərir. Şirkət 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 15 010 AZN-dir. MMC-nin qanuni təmsilçisi isə Niftalıyev Xoşbəxt Səfəralı oğludur. 
 
Şirkət yarananda nizamnamə kapitalı 10 AZN olub. 2022-ci ildə nizamna kapitalı artırılıb. Şirkətin indiyə qədər Xoşbəxt Niftalıyev də daxil 5 qanuni təmsilçisi olub. MMC-nin hazırki qanuni təmsilçisindən əvvəl şirkəti aşağıdakı şəxslər təqdim edib:
 
Qədirov Hüseyn Nadir oğlu 
Bayramov Aslan İlqar oğlu 
Hüseynli Elmin Murad oğlu 
Əliyev Talıb Rəfail oğlu
 
Bu şəxslərin heç biri barəsində açıq mənbələrdə hər hansı məlumata rast gəlinmir. 
 
“Uğurlu İnşaat” MMC dövlət satınalmalarında fəal iştirak edir. O, əsasən yerli icra hakimiyyəti orqanlarının keçirdiyi tenderlərin qalibi olur. 
 
Anar
0