“Fortuna Tur Firması” MMC “Pirqulu Park Hotel” MMC-ni məhkəməyə verib.
Hit.az xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatındadır.
İşin mahiyyət barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.
“Pirqulu Park Hotel” MMC-nin tikintisi qalmaqalla yadda qalıb. Hotelin Şamaxı rəsədxanasının girişində inşa edilməsi narazılığa səbəb olub. Hətta o zaman AMEA-nın vitse-prezidenti olan akademik Akif Əliyev buna açıq şəkildə etiraz etmişdi. Lakin buna baxmayaraq otel inşa olundu.
Anar