Keçmiş işçiləri ADY-ni məhkəməyə verdi

İQTİSADİYYAT
21:08 / 27.07.2023
486

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti keçmiş işçiləri tərəfindən məhkəməyə verilib. 

Hit.az-ın məlumatına görə, Əli Muradov Kərəm oğlu, Səmədov Rzaqulu Nəcəfqulu oğlu, Abayev Şahin Əlibala oğlu QSC rəhbərliyindən yenidən işə bərpa olunmalarını və işsiz qaldığı dövrlər üçün əmək haqqı tələb edirlər. 

İşə Nəsimi Rayon Məhkəməsinin hakimi Ceyhun Tağıyevin sədrliyi ilə baxılacaq. 

Aydın

0