Bu şirkətlər ölkədən valyuta çıxarıb - SİYAHI

İQTİSADİYYAT
18:25 / 28.07.2023
717

Bakıda "Tach", "Gfc","Caspian Service", "Qamma Kompani", "Baku 2019 Constraksen", "Qamma Kompani" Məhdud Məsuliyyətli cəmiyyətləri məhkəməlik olub. 

Hit.az-ın məlumatına görə, sözügedən şirkətlər barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edilib, məhkəməyə göndərib.

İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

İşlərə Nəsimi rayon Məhkəməsində baxılacaq.

Aydın

0