"Drass Caspian" məhkəməyə niyə verilib?

İQTİSADİYYAT
21:52 / 28.07.2023
588

"Drass Caspian" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində inzibati xəta protokolu tərtib edilib.

Hit.az-ın məlumatına görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi gömrük qaydaları əleyhinə olan (Malların saxlanca qoyulması və saxlanc qaydalarının pozulması) inzibati xətanı törətməkdə ittiham olunur. 

İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər 50-100 manat məbləğdə, vəzifəli şəxslər 150-250 manat məbləğdə, hüquqi şəxslər 300-500 manat məbləğdə cərimə edilir. 

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində baxılacaq. 

Aydın

0