“Az-Tex” MMC xaricdən valyuta vəsaitini niyə geri qaytamayıb?

İQTİSADİYYAT
20:06 / 28.07.2023
539

“Az-Tex” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib olunub.

 
Hit.az xəbər verir ki, iş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və artıq icraata götürülüb.

İşə hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq. 

İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə bağlıdır. 

Maddədə vəzifəli şəxslərin inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslərin isə inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Anar

0