"Everest Fortune Group" gömrük qaydalarını pozub

İQTİSADİYYAT
18:05 / 31.07.2023
440

"Everest Fortune Group" Məhdud Məsuliyyətli Cəmiyyəti gömrük qaydaları əleyhinə olan (Malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi) inzibati xəta protokolu tərtib edilib. 

Hit.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddasinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. 

İş Bakı Şəhər Qaradağ Rayon  Məhkəməsində hakim Şəfa Dadaşovanın icraatındadır.

Aydın

0