Ziya Məmmədovu təklifinə “yox” deyən şəxs dəmir yollarını məhkəməyə verdi

İQTİSADİYYAT
18:20 / 31.07.2023
428

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə verilib. 

Hit.az-ın məlumatına görə, qurumla bağlı məhkəməyə Qulu Nəcəfqulu oğlu müraciət edib. 

O, QSC rəhbərliyindən pozulmuş hüquqlarının bərpasını tələb edir. İşə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi İlham Cəfərzadənin sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, Qulu Nəcəfqulu oğlu 1971-ci ildən elektrik qatarında maşinist işləyib. O, 2009-cu ildə KİV-də sabiq nəqliyyat Naziri Ziya Məmmədovun fikirlərini təkzib etməklə tanınıb. Sabiq nazir Ziya Məmmədov bildirib ki, elektrik qatarlarının yolunun yerində avtomobil magistrallarının salınması Abşeron yarımadasında nəqliyyatın işini asanlaşdıracaq. 

Qulu Nəcəfqulu isə sabiq nazirin fikirlərinin yanlış olduğunu bildirib: “Vaxtilə Abşeronda şəhərkənarı qatarlar paytaxt və ətraf qəsəbələr arasında sərnişindaşımada böyük rol oynayıb. İndi onları ləğv etmək yox, əksinə artırmaq lazımdır”.

Aydın

0