“Shamkir City Hotel”lə “Azəriqaz” arasında qaz pulu mübahisəsi

İQTİSADİYYAT
18:35 / 01.08.2023
488

“Shamkir City Hotel & SPA” MMC “Azəriqaz” İstehsalat Birliyinin məhkəməyə verib.

Hit.az xəbər verir ki, MMC-nin iddiası Gəncə Kommersiya Məhkəməsinin hakimi Gülnaz Quliyevanın icraatındadır. 

İşin mahiyyəti istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə mübahisələrdən ibarətdir. 

MMC “Azəriqaz” İstehsalat Birliyinin tələbi ilə razılamayıb. Bu baxımdan, məsələnin məhkəmə yolu ilə çözülməsinə üstünlük verib.  Avqustun 13-ə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. 

Anar

0