“Tos Oil” 10 min manat cərimələnə bilər

İQTİSADİYYAT
19:30 / 01.08.2023
594

Azərbaycanda məşhur yanacaqdoldurma məntəqələrini idarə edən “Tos Oil” MMC-yə yenidən cərimə protokolu yazılıb.

Hit.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
 
Protokola Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, “Tos Oil” 5 min manatdan 10 min manatadək məbləğdə cərimə edilə bilər.

Qeyd edək ki, eyni protokol MMC-nin Sabunçu rayonunda yerləşən yanacaqdoldurma məntəqəsinə də tərtib olunub. Sözügedən işə Sabunçu Rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə baxılacaq.

Aydın

0