Bu şirkətlər məhkəməyə verildi

İQTİSADİYYAT
21:46 / 01.08.2023
764

"FRUKT.İS", "SOUTH POTATO" və "AQRO İS" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində məhkəmədə iddi qaldırılıb. 

Hit.az-ın məlumatına görə, hər üç şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.4 maddəsi ilə protokol tərtib edilib.

İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək məbləğdə cərimə edilir.

Hər iki işə Bakı Şəhər Qaradağ Rayon məhkəməsində baxılacaq. 

Aydın

0