Etibar Məmmədovdan səhhəti ilə bağlı açıqlama: "Evimdəyəm..."

İQTİSADİYYAT
20:40 / 01.08.2023
385

"Hansısa məsuliyyətsiz yayıb bu xəbəri. Səhhətimdə heç bir problem yoxdur”. 

Bu sözləri Qaynarinfo-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu Etibar Məmmədov bildirib. 

Onun sözlərinə görə, hazırda evindədir, istirahət edir: 

"Hər şey yaxşıdır, evimdəyəm, istirahət edirəm. Səhhətimdə də hər hansı problem yoxdur. Bu məlumatı kim yayıb, niyə yayıb bilmirəm. Məsuliyyətsizlikdir”, deyə AMİP lideri vurğulayıb. 

Etibar Məmmədov hazırda heç bir fəaliyyətlə məşğul olmağıdını deyib: "Təqaüddəyəm, heç bir fəaliyyətim yoxdur”.

Xatırladaq ki, bu gün səhər saatlarında Etibar Məmmədovun insult keçirməsi barədə xəbər yayılıb. Məlumat bir anın içində sosial şəbəkədə gündəmə çevrilib. 

AMİP sədri Arzuxan Əlizadə Qaynarinfo-ya açıqlamasında məlumatın yalan olduğunu bildirub:

"Belə məlumatlar olur, hərə bir cür şər atır. Bir az bundan əvvəl zəng edib mənə dedilər. Yalandır".

0