Dövlətə 9 milyon borcu olan şirkət işçisinin maaşını vermir

İQTİSADİYYAT
20:46 / 02.08.2023
578

"Akkord” şirkətinə daxil olan "Körpü Tunel Tikinti” MMC yenidən məhkəməyə verilib. 

Hit.az-ın məlumatına görə, şirkətlə bağlı məhkəməyə Kərimov Məhərrəm Həbib oğlu müraciət edib.

Məhərrəm Kərimov MMC-dən əmək haqqını tələb edir. 

İşə Bakı Şəhəri Nizami rayon məhkəməsinin hakimi Rauf Əhmədovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, nizamnamə kapitalı 7 179 107 manat, qanuni təmsilçisi Cavad Talıbov olan "Körpü Tunel Tikinti” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 9 milyon 310 min 980 manat 12 qəpik vergi borcu var.

Aydın

0