Xaçmaz Rayon İcra Hakimiyyəti Xaçmaz şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tenderə yekun vurub.
Hit.az xəbər verir ki, tenderin qalibi “Topxana Layihə İnşaat” MMC olub.
İcra hakimiyyəti ilə şirkət arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 1.154.482,26 AZN-dir.
“Topxana Layihə İnşaat” MMC 17 aprel 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 110 010 AZN olan şirkətin qanuni təmsilçisi Ələkbərov Fuad Vaqif oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsində heç bir məlumat yoxdur.
Aydın