Pomidor almaq istəyənlərin nəzərinə! Kiloqramı 20 qəpik, yeşiyi 5 manat - VİDEO

14:45 / 04.08.2023
383

Xaçmazda açıq tarla şəraitində yetişdirilən pomidor sahələrində iyulun 15-dən başlayaraq kütləvi məhsul yığımına başlanılıb.

Sahələrdə bol məhsul olsa da, təsərrüfatçılar pomidorun qiymətindən razı deyil.

HİT.az xəbər verir ki, hazırda Xaçmaz bazarlarında pomidorun topdansatış qiyməti hər kiloqramına görə 18-20 qəpikdir.

Otuz kiloqrama yaxın pomidorla doldurulmuş yeşik alıcılara 5-6 manata təklif olunur.

0