"AY AGRO" məhkəməyə niyə verilib?

İQTİSADİYYAT
20:48 / 04.08.2023
435

"AY AGRO" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə verilib. 

Hit.az-ın məlumatına görə, şirkətlə bağlı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə protokol tərtib olunub.

Bu maddəyə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə 
inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizindən 50 faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, 20 min manatadək olan məbləğ nəzərdə tutulub.

İş Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundovun icraatındadır. 

Anar

0