Azərbaycanın ən böyük və tanınmış yol tikinti şirkətlərindən biri "AzVirt" məhkəməyə verilib.
Hit.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 499.1.1 ilə protokol tərtib edilib.
Bu maddəyə əsasən, yükün 15 günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə fiziki şəxslər 150 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə edilir.
İşə Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın sədrliyi ilə baxılacaq.
Anar