"Avro-Asiya İnşaat Korporasiyası "Evrascon" Açıq Səhmdar Cəmiyyəti və "ARAŞ" Firması məhkəməyə verilib.
Hit.az-ın məlumatına görə, ASC və firma barəsində gömrük qaydaları əleyhinə olan İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol irəli sürülüb.
Hər iki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılacaq.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.
Əhməd