Məşhur şirkət məhkəməyə verildi

21:36 / 07.08.2023
570

“Agrarco” MMC inzibati xəta törətməkdə ittiham edilir. 

Hit.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə inzibati iş başlanıb. 

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. 

483-cü maddədə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə nəzərdə tutulur. 

“Agrarco” MMC kənd təsərrüfatı sahəsinin aparıcı şirkətlərindən hesab olunur. 

Anar

0